Xoruldamağın birdəfəlik çarəsi tapıldı

İngiltərədə həyata keçirilən bir üsulla yuxu apnesi (tibb elmində yuxuda “nəfəs kəsilməsi” olaraq bilinən apne (Xoruldama və Obstrüktif  Yuxu Apnesi Sindromu “OSAS”) adlı xəstəlik) və xoruldama probleminə 1,5 saatlıq əməliyyatla son qoyulur.  Keyfiyyətsiz yuxu və xoruldamağa səbəb olan yuxu apnesi problemi təkmilləşdirilən yeni bir üsulla sona çatdırılır.

 

Medpress.az xarici mətbuata istinadla bildirir ki, İngiltərədəki Kral Qulaq-Burun-Boğaz Xəstəxanasında tətbiq edilən bu üsul, 90 dəqiqəlik bir əməliyyatla yuxu apnesi olan və gecə xoruldayan insanların problemlərini həll edir. Boğazın arxa hissəsindəki əzələləri kəsib yenidən formalaşdıran bu üsulda, gecə normal nəfəs almağın önünə keçən toxuma itkisi problemi aradan qaldırılır.

 

Əməliyyatdan sonra bir aylıq yaxşılaşma müddəti lazımdır. İki ildir bu əməliyyatı həyata keçirən xəstəxana həkimlərindən Vik Veer, “Əsas olaraq boğazı yenidən formalaşdırırıq” deyərkən, əməliyyat olunan Qari Fox “Bir neçə müalicə istəmişdim, amma işə yaramadı. Artıq idman etməyə də başladım. Yuxuda saatda 80 dəfə nəfəs almağım dayanarkən, indi doğru nəfəs alıram”,- deyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir