Azərbaycanda iki qadın özünü yandırdı, biri öldü

Azərbaycanda bir nəfər intihar edib, bir nəfər özünü yandırmaqla buna cəhd edib.

 

Medpress.az bildirir ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 25 yaşlı S.Quliyeva yaşadığı evdə ilə üzərinə benzin tökərək özünü yandırıb. Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

 

Onun hansı səbəbdən həyatına qəsd etdiyi hələ ki məlum deyil.

 

Qusar rayonu, Çubuqlu kəndində isə 42 yaşlı Elnarə Salahova ağır yanıq xəsarətləri ilə Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

 

Vəziyyəti ağır olan qadın müalicə üçün Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

 

 

 

(Visited 312 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir