Sağlamlığımızın qorunması üçün az hər gün yeni vasitələr təklif olunur. Bunlar həm qəbul etdiyimiz qidalar, həm də həyat tərzimizlə bağlıdır.
Medpress.az bununla bağlı ən çox maraq doğuran bəzi sulları və onların cavblarını təqdim edir.
Qəhvə içmək sizi ayıldır. SƏHVDİR!
Spirtli içkidən sonra içilən qəhvə ayılda bilməz. Sadəcə, bir az daha ayıq-sayıq edər.
Yeni yemək yemisənsə, hovuza tullanmazdan əvvəl bir saat gözləməlisən. SƏHVDİR!
Üzməyə cəhd edin, tox qarnına üzməkdə problem yoxdur.
Beyin hüceyrələri özünü yeniləyə bilməz. SƏHVDİR!
Bu, uşaq ikən narkotikdən uzaq olmağımız üçün söylənən səbəblərdən biri idi. Ancaq beyin öyrənmə və yaddaş mərkəzləri yeni hüceyrələr hazırlayır.
Bədən bir parça saqqızı həzm etmək üçün 7 il sərf edir. SƏHVDİR!
Yanlışıqla udulan saqqızdakı rənglər, onu dadlı edənlər və konsistensiya çoxaldıcı mədə tərəfindən həzm edilir. Qalan saqqız mayası isə bağırsaqlara göndərilərək 1-2 gün içərisində ifrazat ilə atılır.
Gündə ən azı 8 stəkan su içməlisiniz. SƏHVDİR!
İçdiyiniz bütün içkilərdən, hətta yeməklərdən də su alırsınız. Ancaq “8 stəkan su” içmək lazımdır, bir xalq əfsanəsidir.
Beyninizin yalnız 10 faizindən istifadə edirsiniz. SƏHVDİR!
Bu rəqəm dəqiq deyil və gün ərzində dəyişir.