Ana böyrəyini oğluna verdi – Azərbaycanda

Ana böyrəyini oğluna bağışlayıb. Unikal böyrəkköçürmə əməliyyatı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) böyrək xəstəlikləri və transplantologiya şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi altında həyata keçirilib.

 

Medpress.az-ın məlumatına görə, Rəşad Şolan AZƏRTAC-a bildirib ki, əməliyyatın mürəkkəbliyi böyrəyi bağışlayan ananın donorluq üçün kifayət qədər yaşlı hesab edilməsində olub: “Ümumiyyətlə, dünya transplantologiya təcrübəsində donorluq öz həllini tapmayan problemlərdəndir. Qohumlar arasında uyğun donor tapılana kimi bir neçə namizədin sağlamlıq və uyğunluq vəziyyətinin yoxlanılması lazım olur. İndiki halda resipiyentə donorluq üçün təkcə ana uyğun gəldi. Donorun yaşlı olması əməliyyatın riskini artırırdı. Komandamızın birgə əməyi sayəsində bu riskin də öhdəsindən gəldik və əməliyyat uğurla həyata keçirildi. Resipiyent və donor yaxşı vəziyyətdə evə yazılıblar”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir