Göyçay rayon Mərkəzi Xəstəxanasında qadın abort zamanı dünyasını dəyişib.
Medpress.az report-a istinadən xəbər verir ki, İnçə kəndində yaşayan Ağstafa rayon sakini, 24 yaşlı qadın bu gün səhər saatlarında abort üçün xəstəxanaya müraciət edib.
Xəstəxananın Doğum şöbəsində mama-ginekoloq Roza Babayevanın abort etdiyi qadının bir qədər sonra halı pisləşib və dünyasını dəyişib.
Bu, qadının 3-cu hamiləliyi olub.