Bu ölkədə seksual zorakılığa görə fövqəladə vəziyyət elan edildi

Syerra-Leonenin prezidenti  (Afrika qitəsinin qərbində, Atlantik okeanı sahillərində yerləşən dövlətdir) ölkədəki zorlamalar və seksual zorakılıqla bağlı fövqəladə vəziyyət elan edib. Onun açıqlamasına görə, cinayətkarlar daha da cavanlaşır, onların əməlləri isə daha da qəddarlaşır.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, prezident Yulias Maada Bio deyib ki, Qərbi afrikanın ölkəsində qadınların, qızların və üç aylıq uşaqların  zorlanması və seksual zorakılıqla üzləşmələri ilə bağlı hər ay yüzlərlə hadisə barədə xəbərlər yayılır.

 

Prezident onu da əlavə edib ki, yeniyetmələrə qarşı seksual zorakılığa görə ömürlük azadlıqdan məhrumetmə nəzərdə tutulur və qurbanların 70 faizə qədəri 15 yaşdan kiçiklərdir.

 

“Mən göstəriş vermişəm ki, bütün dövlət xəstəxanaları pulsuz tibbi yardım göstərsinlər, hər bir zorlama və seksual zorakılığa məruz qalana arayış versinlər”, – prezident vurğulayıb.

 

Onun sözlərinə görə, minlərlə belə hadisə haqda susmaq mədəniyyəti və laqeydlik səbəbindən məlumat verilmir, nəticədə qurbanlar zədə alırlar. Prezident bu problemlə bağlı məlumatları artırmaq istədiyini əlavə edib.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir