Britaniyalı diyetoloqlar əla əhval-ruhiyyə və özünü yaxşı hiss etmək üçün gündə on pay meyvə və tərəvəz yeməyi tövsiyə edirlər.
Medpress.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeni tədqiqatlar göstərib: alma, kök və banan həvəskarları təkcə fiziki deyil, həm də psixoloji sağlamlıqlarını möhkəmləndirir.
Rasiondan meyvə və tərəvəz “dopinqi”nin çıxarılması insanın həyati potensilalını tez zəiflədir və ekspertlərin fikrincə, həyəcanla həyat yoldaşının itirilməsinə bərabərdir.
Qidalanma və ruhi əhval arasındakı əlaqə 50 min insanın iştirakı ilə təcrübədə təsdiqlənib.
Məlum olub ki, fastfuddan imtina və meyvə-tərəvəz pəhrizinə keçid sınananların həyat tonusunu seyli artırır.