15 dəqiqə ərzində yüksək intensiv intervallı məşqlər diabetin inkişafından yayınmağa kömək edəcək. Eksperimentə artıq çəkidən əziyyət çəkən kişilər cəlb olunublar.
Medpress.az xarici mediaya istinadən bildirir ki, Qlzaqo Universitetindən olan alimlər fiziki yüklənmələrin insulinə qarşı həsssaslığın artmasına təsir etdiyini aydınlaşdırmaq istəyiblər. Məlumdur ki, piylənmə 2-ci növ diabetin inkişafı riskinin əsas amilidir. Bununla belə, bütün dünyada artıq çəkidən əziyyət çəkənlərin sayı durmadan artır.
Sınağa cəlb edilənlər 15 dəqiqə ərzində yüksək intensiv intervallı məşqləri yerinə yetiriblər. Bu prosesə əl və ayaq əzələləri üçün müəyyən hərəkətlər daxil edilib. Altı həftədən sonra könüllülərin vəziyyəti hiss olunacaq dərəcədə yaxşılaşıb: insulinə həssaslıq 16 faiz yüksəlib, güc və əzələ əzmi artıb.
Alimlər belə bir fakta diqqət yetirirlər ki, 15 dəqiqəlik yüksək intensiv intervallı məşqlər 45 dəqiqəlik məşqlər qədər effketlidir.