Soğan fövqəladə faydalı tərəvəzdir. Qışda tərəvəz və meyvə çeşidləri qıtlaşanda soğana xüsusi diqqət yetirmək lazımdır. Nəyə görə?
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, menyümüzə gündə bir soğan əlavə etməyimiz lazımdır. O, sizi soyuqdəymədən qoruyacaq. Axı soğanın tərkibində faydalı maddələr var – onlardan biri də güclü antioksidant olan kversetindir.
Bənövşəyi soğanı seçin, onun tərkibində daha çox antioksidant olan flavanoidlər var.
Soğanın tərkibi bakteriyalar, viruslar əleyhinə üzvi kükürd birləşmələri ilə zəngindir. Soğandakı fruktoz polimerləri isə bağırsaqlardakı bifidobakteriyaların və laktobakteriyaların çoxalması üçün faydalıdır.
Soğan yemək immuniteti möhkəmləndirir, qandakı xolesterinin səviyyəsini aşağı salır. Soğan şirəsi iştahanı oyandırır, bağırsaqların işini stimullaşdırır. Ancaq mədələri həssas olan insanlar xam soğanı ehtiyatla yeməlidirlər.