Azərbaycanda yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə səbəbindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacaqları gücləndirilmiş iş rejimində işləyəcək.
Medpress.az-a bildirir ki, nazirlikdən verilən məlumata görə, kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağda və ya baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər.
Bu məqsədlə müvafiq qərargah da yaradılıb. Qərargahla əlaqə nömrələri: (050) 669 33 66, (070) 669 33 66.
Vətəndaşlardan gözlənilən təhlükəli hava şəraitində sosial sığınacağa ehtiyac duyan şəxslər, onların hazırda olduqları yer barədə qeyd olunan nömrələrə zəng vuraraq, habelə nazirliyin 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Sığınacaqlara yerləşdiriləcək şəxslər burada yataq, yemək və ilkin tibbi yardımla təmin olunacaqlar.