Hər birimiz qəlbimizin dərinliyində xoşbəxt münasibət arzulayırıq, ancaq unuduruq ki, bu cür münasibət gündəlik əməyin nəticəsində başa gələ bilər.
Medpress.az xarici mediaya istinadla sizin sevgilinizlə münasibətinizi saxlamağa, ən başlıcası daha da yaxşılaşdırmağa yardımçı olacaq 20 qaydanı təklif edir.
1. Sizin eyni məqsədiniz olmalıdır. Sizin mühüm həyati məqamlarla bağlı fikir ayrılığınız olmamalıdır.
2. İntim münasibətii məhəbbət uğrunda qəbul etmək lazım deyil və əksinə – bunlar fərqli şeylərdir.
3. Sevdiyiniz insana sizi qane etməyən hər şey həmişə deyin. Açıq olun, amma həqiqəti yumşaq, təbəssüm və sevgi ilə söyləyin.
4. Siz həmişə bir komandada oynayırsınız, bunu unutmayın.
5. Bir-birinizin maraq və mənafelərinə hörmət etməyi öyrənin.
6. İdeal adamlar olmur, ancaq tərəfdaşınızın çatışmazlıqlarına dözmək vacib deyil. Ona, sadəcə onların öhdəsindən gəlməyə kömək edin.
7. Münasibətlərdəki problemləri sonrakı qutuya atmaq lazım deyil. Ən yaxşısı onu baş qaldıran kimi həll etmək lazımdır, əks halda yaxın zamanda baş verəcək mübahisədə onların hamısı ortaya çıxacaq.
8. Kompromissə getmək bacarığınız olsun, axı diplomatiya hələ heç kimə mane olmayıb. Nikahların çoxu məhz bu səbəbdən pozulub.
9. Təkcə sizin tərəfdaşınızı danışdığını dinləmək vacib deyil, lakin onu eşitmək lazımdır, axı əgər sevgilinizin sizdən nə istədədiyini başa düşməsəniz, onu dinləməyin nə mənası var? Münasibət dialoqdur, monoloq deyil.
10 Çalışın elə edəsiniz ki, sizin kişinizlə yaxınlıq, doğmalıq hissi yaransın. Bu hiss öz-özünə ortaya çıxmayacaq. Bu, münasibətdə yoxdursa, zaman keçdikcə insanlar bir-birinə maraqlı olmaqdan uzaqlaşır.
11. Gələcəyinizi birlikdə planlaşdırın, çünki məhz planlar sizi daha çox birləşdirəcək, sizin sabahkı münasibətinizin qorunacağına bəzi əminliyi verəcək.
12. Daima şəxsi gigiyenanıza diqqət yetirin. Bunun münasibətlərdə oynayacağı rolu çox vaxt kifayət qədər qiymətləndirilmir.
13. Seks – sizin münasibətinizin ayrılmaq hissəsidir. Əgər siz sevgilinizlə harmoniyaya cəhd edirsinizsə, onda bunu yataqda edin.
14. Mübahisədən sonra pis əhval-ruhiyyə ilə yuxuya getmək lazım deyil. Ən yaxşısı yuxuya gedənə qədər pis emosiyalardan xilas olun.
15. Səhvləriniz üzərində işləyin. Həmişə haqlı, yaxud haqsız olan adam yoxdur, ona görə səhvini etiraf etmək dəhşətli deyil.
16. Siz mütləq bir-birinizdən asılı olmalısınız, ancaq bu hər şeylə bağlı olmamalıdır. Əgər tərəfdaşın biri tamamilə o birisindən asılı olursa, bu tez, yaxud gec hər ikisini eyni dərəcədə bədbəxt edir.
17. Əgər hesab edirsinizsə ki, sizə hörmət edilməlidir, onda başlanğıc üçün bunu müstəqil etməyə başlayın, çünki özünə inamlı insanları sevmək daha asandır.
18. Ümumi maraqları tapın.
19. Evdə vəzifələri düzgün bölün.
20. Öz sağlamlığınıza və sevdiyiniz insanın sağlamlığına ciddi yanaşın, çünki əla əhval-ruhiyyə – bu sizin münasibətlərinizdəki müvıffəqiyyətin sübutudur.