Bu dərdin dərmanı zeytun çəyirdəyidir…

Zeytun çəyirdəyi tərkibinə görə zeytun yağından daha zəngindir. Onun ortasında kərə yağına bənzər təbəqə mineral və vitamin mənbəyidir.

 

Medpress.az AZƏRTAC-a  istinadla xəbər verir ki, çox güclü antioksidant olan zeytun çəyirdəyi şiş xəstəliklərinin müalicə və profilaktikasında müsbət nəticə verir.

Gündə üç dəfə yeməkdən əvvəl üç ədəd zeytun çəyirdəyini udmaq mədə turşuluğunu aradan qaldırır, təxminən on gün sonra qastrit eroziyaları ilə əlaqədar olan ağrını azaldır, bağırsaq kolitlərində faydalı təsir göstərir, qəbizliyi və babasili müalicə edir. Yetişmiş, qaralmış zeytunlar toplanılaraq mətli hissəsi sürtkəc vasitəsilə ayrılır. Həmin hissəni sıxıb yağ əldə etmək, tumlarını isə qurudub saxlamaq olar. Udmazdan əvvəl zeytunun uc hissələri qayçı və ya kəlbətinlə qoparılır ki, boğaza və ya mədə-bağırsağa ilişib zərər verməsin. Qurumuş çəyirdəyin üyüdülmüş tozundan da istifadə etmək olar ki, nəticə olaraq bir ay sonra dəridə parlaqlıq yaranır. Bu toz eyni zamanda hormonal pozuntular, öd qatılığı və mədəaltı vəzidə olan iltihab prosesi zamanı çox faydalıdır.

Yetişmiş qara zeytunlar kəlbətinlə əzilərək iki kiloqramlıq balonun yarısına qədər doldurulur, üstünə balon dolana qədər alma sirkəsi əlavə edilir. Ağzı tənziflə bağlanaraq ən azı bir ay saxlanılır, sonra süzülür. Hazır məhsul şəkər xəstəliyi, yüksək təzyiq, qan-damar tıxaclaşması, yüksək xolesterin, piylənmə, infarkt, atroskleroz və digər xəstəliklərin müalicəsi üçün gündə üç dəfə yeməkdən sonra bir stəkan suya bir xörək qaşığı əlavə edilərək içilir.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir