Zəlzələ zamanı iki nəfər ürək tutmasından öldü

Çilinin Kokimbo şəhərinin iki sakini yanvarın 19-da baş verən zəlzələ zamanı ölüb. Zəlzələnin 6,7 bal olub.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, yerli hakimiyyətin rəhbəri Lyusiya Pinto deyib ki, onlardan biri 74 yaşlı qadındır. İkinci 60 yaşlı kişi ürəyi dayanan zaman sükan arxasında olub.

 

– Zərərçəkənə tibbi yardım göstərilib, lakin həkimlərin səyləri nəticəsiz qalıb, – o, söyləyib.

 

Pinto əlavə edib ki, zəlzələdən sonra 232 mindən çoz elektrik enerjisiz qalıb və yerli xidmətlər problemin həlli ilə məşğuldur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir