Suyun bədən üçün nə qədər əhəmiyyətli olduğunu hamımız bilirik. Sudan düzgün içiləndə isə onun faydası daha da effektli olur.
Medpress.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, səhər yuxudan oyananda içilən 2 stəkan su daxili orqanları hərəkətə gətirir. Bundan başqa, hər yeməkdən 2- dəqiqə əvvəl içilən 1 stəkan su yeməklərin həzminə kömək edir.
Çimməzdən əvvəl içilən su təzyiqin düşməməsi səbəbindən xeyirlidir. Yatmazdan qabaq içilən su isə infarkt və iflicin qarşısını alır.
Suyun bədənimizdəki həyati əhəmiyyətli vəzifələri bunlardır:
1. Beynimizin 75 faizi sudur.
2. Bədənin istiliyini nizamlayır.
3. Hüceyrələrə oksigen və qida daşıyır.
4. Tənəffüs üçün oksigeni nəmləndirir.
5. Yediklərinizi enerjiyə çevirir.
6. Qanımızın 83 faizi sudur.
7. Tullantıları (oksidləri) yox edir.
8. Həyati orqanlarımızı qoruyur və rahatlaşdırır.
9. Sümüklərimizin 22 faizi sudur.
10. Əzələlərin də 75 faizini su təşkil edir.