Dekabrın 20-də axşam saatlarında gənc şair Əli Tənha həyatına qəsd edib. Onun ilik xərçəngindən əziyyət çəkdiyi bildirilir.
Medpress.az bildirir ki, həkimlər Əliyə 6 ay yaşayacağı ilə bağlı diaqnoz qoyublar. Gənc şairin intiharına səbəb kimi də ona qoyulan diaqnoz göstərilir.
Əli Tənha intihar etməzdən əvvəl sosial şəbəkədə hər kəslə vidalaşıb.