Vaksinasiya 150 məntəqədə aparılacaq

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ölkəmizdə aparılacaq vaksinasiyanın təşkili və əlavə təsirlərinin idarə edilməsi ilə əlaqədar təlimlərə başlanılıb.

 

Medpress.az xəbər verir ki, bunu TƏBİB-in departament rəhbəri Elmir Bəşirov deyib: “Respublikamızda vaksinasiyanı aparacaq həkim və tibb bacılarından ibarət briqadalar prosedurun aparılma qaydası ilə əlaqədar təlimatlandırılır. Ölkəmizdə vaksinasiya 150 məntəqədə aparılacaq. Həmin məntəqələrdə xəstənin qeydiyyatı, şikayətlərin qəbulu, qızdırmanın ölçülməsi, kompüterdə və jurnalda qeydiyyatın aparılma qaydası barədə məlumat verilir”.

 

 

Mütəxəssislərin dediyinə görə, elmi araşdırmalara əsasən xəstəliklərdə iki virusun eyni vaxtda insan orqanizminə mənfi təsir göstərməsi faktı yoxdur. Ümid etməyə dəyər ki, qış aylarından sonra dünya sağlam həyata qayıtmaq imkanı əldə edəcək. (Azərtac)

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *