Çinin Futzyan əyalətinin Syamın şəhər sakini müxtəlif atalardan əkiz oğlan doğub.
Medpress.az xarici mediaya istinadla bildirir ki, yeni doğulan körpələrin polis şöbəsində qeydiyyatı zamanı keçirilən DNT testi qadının ərinin bu uşaqlardan yalnız birinin atası olduğunu göstərib. Kişi özü də əkizlərdən birinin ona oxşamadığını hiss edib, test isə onun şübhəsini təsdiqləyib.
Kişi arvadından izahat almağa cəhd edib, ancaq ərinin ittihamlarını təkzib edərək deyib ki, o, görünür testin nəticələrini saxtalaşdırıb. Lakin qadın sonradan etiraf edib ki, ərinə bir dəfə başqa kişi ilə yataraq xəyanət edib və nəticədə əkizlərdən birinin atası olub.
Qadının iki fərqli kişidən əkiz uşaq doğması çox nadir hadisədir. Buna tibdə geteropaternal superfekundasiya deyilir. Bu əgər qadının bir menstrual tsiklində 2 yumurta hüceyrəsi yetişəndə baş verir. Onda onlardan biri cinsi əlaqə zamanı bir kişidən, digəri başqa kişidən döllənir.
Müxtəlif qiymətləndirmələrə görə, əkizlərin müxtəlif atalardan doğulması ehtimalı 13 min hadisədə 400-dən birə qədərdir.