Qadın 27 il komadan sonra gözlənilmədən oyandı

Almaniyada 27 il komada olan qadın oğlunun səsini eşidəndən sonra tamamilə özünə gəlib.

 

Medpress.az xarici mətbuata istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Munira Abdulla 1991-ci ildə yol qəzasından sonra ağır baş-beyin zədəsi alıb.  Al-Ayn şəhəri yaxınlığında avtomobili məktəbli avtobusu ilə toqquşan zaman oğlu Omar Veber da yanında olub. Ana yüngül xəsarət alan oğlunu qəza zamanı qoruya bilib.

 

Qadını yerli xəstəxanaya yerləşdiriblər, sonra diqanoz qoymaq üçün Londona gətiriblər. Həkimlər qeyd ediblər ki, qadın komaya bənzəyən minimal vəziyyətdədir. Bu zaman ağrılara həssaslıq qalır. Onu sonradan ölkəsinə qaytarıblar və burada uzun illər çubuqla qidalandırılıb və fizioterapiyadan keçiriblər.

 

2017-ci ildə Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zaid Abdullanın ailəsindəki vəziyyəti öyrənib və qadının Almaniyadakı xərclərini ödəyib. Üstündən bir il keçəndən sonra Munira bəzi səslərə reaksiya verməyə başlayıb, bir neçə gün sonra isə ayılıb və oğlunun adını çəkib. Bu, xəstəxana palatasında kiminləsə mübahisə edən oğlunun səsini eşidəndən sonra baş verib.

 

Qadın artıq ailəsi ilə Əbu-Dabiyə qayıdıb tam bərpa olunması davam edir. Ona atrofiya əzələsinin müalicəsi üçün fizioterapiya lazımdır.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir