Fransanın dərman vasitələrinin təhlükəsizliyi və sağlamlıq üçün məhsullar milli agentliyi tərkibində fenspirid olan dərman preparatlarının qeydiyyat şəhadətnaməsinin fəaliyyətini dayandırıb.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Fransada “Erespal” həbləri və şirələrinin dövriyyədən yığışdırılmasına başlandığı da müəyyənləşdirilib. Qərar klinik tədqiqatın nəticələri əsasında qəbul olunub.
Xəstələrə “Erespal” qəbulunu dayandırmaq və məsləhətləşmə üçün özlərinin müalicə həkimlərinə müraciət etmək məsləhət görülür.