Müəssisələrin keçmiş işçiləri 16 min rubl, avaralar və alkoqoliklər ən azı 10 min rubl pensiya alırlar.
Medpress.az Rusiya mediasına istinadla bildirir ki, bu fikri “Vahid Rusiya” partiyasının Volqoqrad vilayətin olan deputatı Həsən Nəbiyev işləməyən aztəminatlı pensiyaçılara sosial təminat kimi pul əlavə edilməsi haqqında qanunun müzakirəsi zamanı söyləyib.
“Kasıb, özü özünü yaradıb, imkansız olub. O, normal insan ola bilərdi”, – Nəbiyev qeyd edib.
Nəbiyev “Qazprom”un Volqoqraddakı strukturunun baş direktoru işləyib, bunun sayəsində 3 mənzil və milyonlatla varidat əldə edib. Deputat 2016-cı ildə 56,6 milyon rubl, 2017-ci ildə 13, 8 milyon rubl gəlir bəyannaməsi verib.
Volqoqrad vilayətində pensiyaçılar üçün yaşayış minimumu 8669 rubla bərabərdir. Bundan az alan pensiyaçılar sosial əlavə kimi 700 rubla yaxın alacaqlar.