Medpress.az xəbər verir ki, qurum vətəndaşlara müraciət edib:
Bildiyiniz kimi qan ehtiyacı davamlıdır və hal hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4) qan qruplarından olan qan ehtiyatlarımız azalıb.
Qan ehtiyacı olan vətəndaşlarımızı davamlı qanla təmin etmək üçün könüllülərə ehtiyacımız var.
Könüllü qan donoru ol və həyat qurtar.
Qan vermək istəyənlər aşağıdakı ünvana müraciət edə bilər:
Mərkəzi Qan Bankı, Feyzulla Qasımzadə küçəsi 65
Telefonlar: 907
+99412 440 65 86
+99412 440 78 50