Bütün dünyada insan ölümünün əsas səbəbi müəyyən edilib. “Medpress.az” xarici KİV-ə istinadən xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) mütəxəssislərinin gəldiyi nəticəyə görə, planetimizdə hər 20 ölüm faktından biri nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarəetmə və ya spirtli içki qəbulundan yaranan xəstəliklər nəticəsində baş verir. Bu səbəbdən qeydə alınan ölüm hallarının 75 faizi kişilərin payına düşür.
DST-nin hesablamalarına görə, hazırda dünya üzrə 237 milyon kişi və 46 milyon qadın alkoqol qəbulundan yaranan xəstəliklərdən əziyyət çəkir.
Hesabata əsasən, spirtli içkilərdən ən çox avropalılar istifadə edir.
Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının baş direktoru alkoqoldan istifadəni azaltmaq üçün ölkələri bu növ məhsullara əlavə vergi tətbiq etməyə və onların reklamını məhdudlaşdırmağa çağırıb.