İnsan orqanizmində əvvəllər məlum olmayan bakteriyalar tapıldı – SENSASİYA

Avropalı bioloji informatikaçılar sensasiyalı kəşfə imza atıblar: onlar insanın bağırsaqlarında əvvəllər məlum olmayan iki mindən çox bakteriya növü aşkarlayıblar.

 

Medpress.az xarici mətbuaya istinadla bildirir ki, bakteriyaların çoxu Cənubi Asiya və Afrika sakinlərinin bağırsaqlarındakı mikroflora nümunələrində aşkarlanıb. Alimlərin fikrincə, bu ondan xəbər verir ki, mikrobiotların səviyyə fərqi Yer kürəsinin müxtəlif regionlarının sakinlərində kifayət qədər qiymətləndirilməyə bilər.

 

Eyni zamanda, mütəxəssislər qeyd edirlər ki, bu fərqi müxtəlif  xəstəliklərin yayılmasının təhlili zamanı nəzərə almaq lazımdır.

 

Britaniyalı genetiklər araşdırma çərçivəsində ümumilikdə təxminən 12 min metaqenoma nümunəsini  öyrənib və öz aralarında müqayisə ediblər. Nəticədə 40 minə yaxın tam və daha 52 min bakteriya qenomasının yenidənqurulması mümkün olub. Ardınca artıq məlum olan DNT mikroflora mikrobları nümunələri ilə müqayisəli təhlil aparılıb. Bu, əvvəllər məlum olmayan bakteriyaları aşkarlamağa kömək edib.

 

Böyük Britaniyanın Xinkstone şəhərindəki Sanqera İnstitutundan olan Trevor Louli ümid edir ki, bu araşdırma bağırsaqlarda və mədədəki müxtəlif  xəstəliklərin inkişafı mexanizmini başa düşməyə yardımçı olacaq.

 

 

 

(Visited 139 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir