İlk tibbi yardım – ilk 3 tədbir

İlk tibbi yardım zamani – hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədi ilə hadisə yerində tibbi vəsaitsiz, mövcud vasitə və vəsaitlərlə edilən dərmansız müalicə.

 

İlk tibbi yardımın mahiyyəti

Hər hansı zədə (əzilmə, sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində ( işdə, küçədə, evdə və s.) bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. İlk tibbi yardım zədələnmə yerində təcili (15dəq) göstərilməlidir.

İlk tibbi yardımın məqsədi

  • Həyati təhlükəni ortadan qaldırmaq
  • Həyati funksiyaların davam etdirilməsini təmin etmək
  • Xəstə və ya yaralının vəziyyətinin pisləşməsini önləmək
  • Yaxşılaşmanı asanlaşdırmaq

İlk tibbi yardım çantası

Yardım çantasında olmalıdır :

  • üçkünc sarğı bezlərı
  • rulonlu sarğı bezlərı
  • sterıl qazlı bezlər
  • pambıq
  • yara bandları
  • boyunluq
  • turna jqutu
  • antıseptık məhlullar
  • ağrı kəsıcı preparat
  • sancaq
  • qayçı
  • fənər

İlk üç tədbir

  1. Zərərçəkmişə xarici zədələyici amillərin (elektrik cərəyanı, aşağı və ya yuxarı hərarət, ağır təzyiq altında sıxılma və s.) təsirinin dərhal aradan qaldırılması və onun əlverişsiz şəraitdən uzaqlaşdırılması (sudan, yanan və ya qaz dolmuş yerdən çıxarılması).
  2. Alınmış travmanın növündən və xarakterindən asılı olaraq dərhal tibbi yardımın göstərilməsi (qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması və s.).
  3. Ən qısa müddətdə zərərçəkmişin yaxındakı müalicə müəssisəsinə çatdırılması. Bu zaman çox ehtiyatla davranmaq, yaxud hadisə yerinə təcili tibbi yardım çağırmaq lazımdır (ens.az).

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir