Hər gün sarımsaq yesəniz nə olar?

Sarımsağın yalnız antibiotik təsir göstərərək qripdən qoruduğu doğru deyil. Sarımsaq qripdən qoruma ilə yanaşı, sağlamlığımıza fövqəladə faydalar verir.

 

Medpress.az hər gün sarımsaq yeyəndə bədənimizdə meydana gələn dəyişiklikləri təqdim edir. Sarımsaq qoxusunun ünsiyyət qurmağa mane olduğu həmişə məlumdur. Ancaq aparılan araşdırmalar bu vəziyyəti tam tərsinə çevirdi. Əgər bir qadına təsir etmək istəyirsinizsə, bunun üçün 12 saat əvvəl 2 diş sarımsaq yeməyiniz kifayətdir. Beləliklə, o lazımsız qoxunu da dəf etmiş olacaqsınız.

 

Sarımsağın bizi qripdən qoruduğu, müxtəlif infeksiyalara mane olduğu tarixdən günümüzə qədər gəlmişdir. Elm insanları, qışda xəstələnməmək üçün bir nəfərin ardıcıl olaraq sarımsaq sərf etməsi lazım olduğunu bir daha təsdiq edib. Sarımsağın tərkibinə faydalı yağ və amin turşuları daxildir.

 

Bundan başqa, sarımsağın tərkibində alsan var. Alsan maddəsi, bakteriya və göbələkləri öldürən üzvi bir birləşmədir. Sarımsağın faydalarından ən yaxşı şəkildə istifadə etmək istəyirsinizsə, çiy və əzilmiş şəkildə istifadə edilməsi gərəkliyini  unutmayın.

 

Yüksək təzyiqiniz varsa pəhrisinizə sarımsaq əlavə edin. Damarları genişləndirir və qan təzyiqini azaldır. Baş ağrıları və ürək üzərindəki yük, yüksək təzyiq ilə birlikdə yox olacaqdır. Bundan başqa, sarımsaq qandakı pis xolesterin səviyyəsini 10-15 faiz azaldır.

 

Bəs, bu vəziyyətin sağlamlığımız üzərində nə kimi təsirləri var?

 

Ürək xəstəliyi riski, demək olar ki, iki dəfə azalır. Ancaq sarımsağın bu faydasından istifadə etmədən əvvəl həkiminizlə danışmağınızda fayda var. Sarımsaq beynin yaşlanmamsına mane olan minerallar ehtiva edir. Nizamlı sarımsaq yemək, altsheymer xəstəliyinin inkişaf riskini azaldır və yaddaşı inkişaf etdirir. Beyinin məhsuldarlığını artıra bilər.

 

Sarımsaq ürəyin və əzələlərin genişlənməsinə yardımçı olur. Antibakteriyal və antifungal xüsusiyyətlərinə görə sarımsaq, diş çürüklərinə yaxşı təsir edir. Sarımsaq, eyni zamanda zərərli mikrobları öldürərək, diş əti sağlamlığının yaxşılaşmasına yardımçı olur. Mütəmadi olaraq sarımsaq sərf etsəniz, diş həkimi yolunu tutmağa ehtiyacınız qalmaz.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir