Həkim qəzaya düşənlərə kömək etmək istədi, nişanlısının öldüyünü gördü

Şotlandiyadan olan 30 yaşlı Skot Breydinq itlə gəzişəndə ondan bir qədər aralıda dəhşətli yol qəzası baş verib. Həkim işləyən kişi qəzaya düşənlərə yardım etmək üçün hadisə yerinə yaxınlaşanda 26 yaşlı nişanlısı Meqan Ambrozeviç-Blerin meyitini aşkar edib.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Skot Breydinq sevgilisi Meqan Ambrozeviç -Blerlə evlənməyə hazırlaşırdı, lakin avtomobil qəzası bütün həyatını məhv edib. O, iti ilə gəzintidə olanda yaxınlıqda yük maşınının da iştirakı ilə qəza baş verib. Skot yardım üçün hadisə yerinə çatanda parça-parça olan minik avromobilinin sükan arxasında nişanlısının görüb.

 

Skot sevgilisinin ürəyini masaj edib, ancaq onu xilas edə bilməyib – Meqan təcili yardım gələnə qədər ölüb. Yük maşınının 57 yaşlı sürücüsü Maykl Frip qızın ölməsinə görə günahkar olduğunu etiraf edib. İndi Maykl Fril həbsxanaya düşəcək, ancaq bu Skotun sevgilisini onsuz da qaytarmayacaq.

 

(Visited 99 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir