Fevralın 2-də gündüz və 3-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s olacağı, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.
Medpress.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 2-3-də bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə intensiv olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.