Hər gün neçə uşaq doğulur? – STATİSTİKA

Ədliyyə Nazirliyinin (ƏN) rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-iyul ayları ərzində ölkədə 78 673, yaxud hər gün orta hesabla 371 doğulan körpə qeydə alınıb. “Medpress.az” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

 

Bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil edir.

Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi qızlarıdır.

Doğulanlardan 1458-i əkiz, 57-si üçəmdir.

Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşür ki, bununla da əhalinin təkrar istehsalı təmin olunur.

(Visited 44 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir