Gündə 3 ədəd zeytunu çəyirdəyi ilə udmağın İNANILMAZ FAYDALARI

2000 il boyunca yaşayan zeytun ağacının meyvəsi olan zeytunun  ləzzəti və faydaları yeməklərimizin baş tacıdır. “Quran”da adı keçən möcüzəvi qidalardan olan zeytunun yarpaqları və çəyirdəyi də bir çox xəstəliyə dərman olur. Peyğəmbərimizin istifadəsini tövsiyə etdiyi qidalardan biri olan zeytunun saysız-hesabsız faydası var. Bəs bunlar nələrdir? Zeytunun çəyirdəyini udmağın faydaları nələrdir? Zeytunu nə qədər sərf etməliyik? Zeytun çəyirdəyi hansı xəstəliklərə yaxşı təsir edir?

 

Medpress.az xarici mətbuata istinadla bəlkə də ilk dəfə eşidəcəyiniz möcüzəli qida zeytun haqqında hər şeyi diqqətinizə çatdıracaq.  Həm yaşıl, həm də qara olmaq üzrə iki növünün yetişdiyi zeytun, kalsium baxımından zəngin qidalardan biridir. Eyni zamanda tərkibində bol miqdarda A, D, E və K vitaminləri olur. Bu baxımdan mütəxəssislər gündə beş zeytun yeməyin bədənin ehtiyacı olan dəmirin 55 faizini  qarşıladığını vurğulayır. Kosmetik və dərman sənayesində istifadə edilən zeytun sarılıqdan xərçəngə qədər bir çox xəstəliyin inkişafının qarşısını alır. 2000 il boyunca yaşayan zeytun ağaclarından əldə edilən zeytun meyvəsi ilə yanaşı, ağacın qabığı və yarpaqları da olduqca faydalıdır. Yetişməmiş yaşıl zeytuna günəş təsir edəndə rəngi qara olur. Əsrlərdir ki, qadınlar həm dəri gözəllikləri, həm də sağlamlıqları üçün zeytundan istifadə edir. Enerji verdiyindən zeytun keçmiş illərdəki insanlar üçün olduqca əhəmiyyətli bir qidadır. Səbəbi isə o illərdə dərman və ya texnoloji xidmətlər olmadığından insanlar təbiətdə olan ən güclü antioksidant olan qidalardan istifadə edərək xəstəliklərdən qorunublar. Zeytun bu qidaların başında gəlir.

 

Zeytunun faydaları

 

Tərkibindəki  polifenoller sayəsində beyindəki oksidatif stress faizini azaldaraq, sinir hüceyrələrini qoruyur. Beləcə, gündə 5 dənə istifadə edilən zeytun yaddaşın möhkəmlənməsinə yardımçı olur.

 

Tərkibindəki yüksək dəmir nisbəti sayəsində qan azlığı xəstəliyinə tutulmağın qarşısını alır. Xolesterini azaldan zeytun infarkt və ürək xəstəliklərinin baş verməməsini təmin edir.

 

Yeməklərdən sonra ortaya çıxan şişlik və qaz çıxması kimi vəziyyətlərin azalmasında yardımçı olur.

 

İmmunitet sistemindəki sağlam hüceyrələrin sayını artıraraq orqanizmin xərçəng xəstəlikli hüceyrələrə qarşı müqavimətini artırır.

 

Qidalara görə azalan trombosit hüceyrələrin nisbətlərini tarazlaşdıraraq qanın laxtalanmasına kömək edir.

 

Antioksidant baxımından da zəngin olan zeytun, qaraciyərdə yağ vəzilərinin əmələ gəlməsinin qarşısını alır. Bundan başqa, E vitamini baxımından da zəngin olan bu qida dərinin daha parlaq və par-par görünməsini təmin edir. Yalnız dərini deyil, eyni zamanda saç sağlamlığını da dəstəkləyir. Xüsusilə kəpəklənmə ə solğunlaşmaq kimi halların azalmasını təmin edir.

 

Yeməklərdən əvvəl 5 dənə zeytun yeyərək iştahanızın həddini azalda bilərsiniz. Zeytunda olan doymamış yağlar beyinə doyma hissini ötürür. Beləliklə, orqanizm doyduğunu hiss etdiyindən çox qida qəbulu ehtiyacı hiss etməz. Arıqlamaq  istəyən adamlar bu üsulu təcrübədən keçirə bilər.

 

Babasilin müalicəsində təsirli olan zeytun babasil döşlərinin yumşalmasını və ağrıya və ya qanamaya səbəb olmasının qarşısını alır. Yaxşı bir ağrıkəsici xüsusiyyəti olduğundan, eyni zamanda sümük və oynaq ağrılarının baş vermə riskini də azaldır.

 

Zeytun yağının faydaları nələrdir?

 

Yarpaqlar qurudularaq istifadə edilir. Adətən çayı hazırlanır. Bəzi yerlərdə isə yarpaqlardan hazırlanan su yeməklərə əlavə olunur. Qurudulmuş 10 zeytun yarpağını 2 su bardağı suda qaynadın. Dəm aldıqdan sonra istifadə edərsiniz. Keçmiş əsrlərdə şəfaverici xüsusiyyəti olduğundan yaraları dezinfeksiya etmədə bu sudan istifadə edərmişlər. Antibakteriyal xüsusiyyəti olan zeytun yarpağından hazırlanan suyu dəri təmizliyində istifadə edə bilərsiniz. Qış aylarında isə bu yarpaqlardan hazırlanan su ilə yuxarı tənəffüs yolları xəstəliklərinin riski azaldıla bilər.

 

Gündə 3 ədəd zeytunu çəyirdəyi ilə udmağın faydaları

 

Aparılan araşdırmalarda zeytunun olduğu qədər zeytun çəyirdəyinin  də faydalı olduğu müşahidə olunub. Bütün udulan zeytun çəyirdəyinin insan sağlamlığına bir çox töhfəsi var. Yemək sonrası baş verən mədə yanması və yara kimi xəstəliklərə yaxşı təsir etdiyi söylənən zeytun çəyirdəyinin tərkibindəki omega 3 turşuları da çox fayda vericidir.

 

  Qəbizlik problemi üçün zeytun çəyirdəyi çox fayda verir. Ancaq zeytun çəyirdəyini toz halına gətirib istifadə etdikdə daha təsirli olduğu mütəxəssislər tərəfindən vurğulanır.

 

  Həzm sisteminin sürətləndirilməsi də zeytun çəyirdəyinin faydaları arasındadır. Xüsusən həzm sistemində olan ağız, boğaz, yemək borusu, mədə və bağırsaqların daha sağlam çalışmasını dəstəkləyir.

 

  Mütəxəssislər zeytun çəyirdəyini udan insanlarda babasil kimi xəstəliklərin riskinin azaldığını vurğulayır.

 

  Zeytunun anti-bakteriyal təsirinin iki dəfəsi zeytunun çəyirdəyində mövcuddur. Mütəxəssislər xüsusilə şişlərə səbəb olan virusların təsirinin zeytun çəyirdəkləri sayəsində azaldıla biləcəyini qeyd edir.

 

Məsləhət: İstifadə etməzdən əvvəl mütləq mütəxəssisə müraciət edin.

 

(Visited 631 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir