Bu xəstəlikləri olan uşaqların evdə təhsil alması təklif olundu

Ombudsman Elmira Süleymanova sağlamlıq imkanları məhdud olan uşaqlar üçün ölkədəki müxəlif profilli özəl reabilitasiya-inkişaf, günərzi qayğı və məktəbdənkənar təhsil xidmətləri göstərən mərkəzlərin fəaliyyətinin stimullaşdırılması və genişləndirilməsi məqsədilə onlara vergi güzəştlərinin tətbiqi təklif edib.

 

Medpress.az bildirir ki, bu, ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

 

İnsan Hüquqları üzrə Müvəkkil körpələr evlərinin, uşaq bağçalarının, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbəqədər təhsil müəssisələrinin və uşaq evlərinin bu fəaliyyətlərdən əldə etdikləri gəlirlərinin 2014-cü il yanvarın 1-dən 10 il gəlir vergisindən azad edilməsi ilə bağlı müsbət təcrübəyə əsasən belə bir təklif irəli sürüb.

 

Məruzədə qeyd edilib ki, evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısına daun və autizm kimi sindromların adları daxil edilmədiyinə görə hazırda həmin sindromlardan əziyyət çəkən uşaqların evdə təhsilə cəlb olunması ilə bağlı problemlər mövcuddur. Müvəkkil bunu nəzərə alaraq, səhhətinə görə bilavasitə ümumtəhsil məktəbində təhsil ala bilməyən həmin qəbildən olan uşaqlar üçün xüsusi tədris planı əsasında “Evdə təhsil”  formasının tətbiq edilməsi məqsədilə buna hüquq verən xəstəliklərin siyahısına müvafiq əlavələrin edilməsini təklif edir.(ona.az)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir