SKDS ictimai rəyin tədqiqatı üzrə agentliyin apardığı sorğuya görə, Latviya sakinlərinin 5 faizi özünü vegeterian hesab edir.
Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, respondetnlərdən vegeterian olub-olmadıqları soruşulub. 93 faiz “mən vegeterianam” fikri ilə razılaşmayıb. 5 faiz vegeterian olduğunu təsdiqləyib, 2 faiz bu suala dəqiq cavab verə biləməyib.
Nəticə bu il ötən ildəkindən 2 faiz yuxarı olub. Latviyada daha çox vegeterian 2000-ci ildə müəyyənləşdirilib – ölkənin hər 10 sakinindən biri o vaxt vegeterian olub.