Bu gün Parkinsonla Mübarizə Günüdür

Hər il aprelin 11-də Dünya Səhiyyə Təşkilatının (DST) təşəbbüsü ilə Parkinson Xəstəliyi ilə Mübarizə Günü qeyd edilir. Həmin günün keçirilməsi xəstəlik barədə ictimaiyyətin məlumatlılığını artırmaq, xəstələrə və onların ailələrinə dəstək olmaq, həmçinin, onun nəticələrini aradan qaldırmaq məqsədi daşıyır.

Ümumdünya mübarizə gününün tarixi təsadüfən seçilməyib: xəstəliyi təsvir edən ingilis alimi və tədqiqatçı Ceyms Parkinson 1755-ci il aprelin 11-də doğulub. XIX əsrin əvvəllərində alim onu “titrəyən iflic” adlandırıb.

Parkinson dayaq-hərəkət sisteminin pozulması ilə xarakterizə olunan xəstəlikdir. Ona daha çox yaşlılar arasında rast gəlinir, lakin son illər bütün dünyada xəstəliyin əlamətləri ilə daha erkən – 40, hətta 35 yaşda da üzləşmək mümkündür.

Əllərin titrəməsi, hərəkətlərin ləngiməsi, sərbəstlikdən məhrumolma, ağrılar, hərəkət dinamikası və psixikanın pozulması xəstəliyin əsas əlamətləridir. Xəstəlik əlilliyə səbəb olur, lakin insanın şüuru pozulmur. Son illər planetdə qocaların say çoxluğu ilə əlaqədar olaraq Parkinson xəstəliyi əsl sosial problemə çevrilib. Onun öyrənilməsi sahəsində əldə edilən uğurlara baxmayaraq, təəssüf ki, tibb elmi onun müalicəsi üçün kifayət qədər səmərəli üsullara malik deyil. Əsas problem Parkinson xəstələrinin özlərinə qulluq edə bilməməsində və yaxınlarının, yaxud onlara qulluq edənlərin hazırlıqsızlığındadır. Bütün bunlar Parkinson xəstəliyini ictimai səhiyyənin vacib məsələlərindən birinə çevirir və ictimaiyyətin diqqətinin həmin xəstəliyə yönəldilməsi də elə bundan qaynaqlanır.

(Visited 48 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir