Yunanıstanın Astipaleya adası bütün dünyada yerli sakinlərin qeyri-adi təşəbbüsü ilə şöhrət qazanıb. Mer rəsmən adanı siqaret çəkənlərdən azad olan yer elan edib.
Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, burada uzun illər sağlam həyat tərzi və ekoloji şüurluluğun səviyyəsinin artırılması fəal təbliğ olunub. Buna görə də indi adada bir nəfər siqaret çəkən adam yoxdur.
Zərərli vərdişləri olan turistlər Astipaleyadan qovulmayacaqlar, ancaq orada siqaret çəkmək olmaz. Çünki ictimai yerlərdə də siqaret çəkilməsinə icazə verilmir.
Bunun əvəzinə adanın qonaqlarına fəal idman əyləncəsi, dadlı yerli mətbəx, eləcə də çox gözəl çimərlikləri olan təmiz dəniz təklif olunur.
Qənirə MƏMMƏDLİ