Babamın babasının babası…

Azərbaycanda əhalinin orta yaş həddi açıqlanıb. APA-nın xəbərinə görə, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi Əhliman Əmiraslanov Akademiya və Səhiyyə Nazirliyinin birgə elmi sessiyasında bildirib ki, XX əsrin 30-cu illərində əhalinin orta yaş həddi 30,5 olub.

Akademik deyib ki, hazırda Azərbaycanda əhalinin orta yaş həddi 75,2-dir: «Cəmiyyətimizdə indi belə bir fikir var ki, babalarımız daha uzun ömür yaşayıblar. Lakin statistikaya nəzər salanda görürük ki, elə olmayıb».

 

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *