Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda 16 nəfərdə “donuz qripi”nin aşkarlanması barədə məlumatına münasibət bildirib.
Medpress.az “report”a istinadən bildirir ki, nazirlikdən verilən məlumata görə, Azərbaycanda bu günə qədər “donuz qripi”nə yoluxma halları aşkarlanmayıb.
“Taun Əleyhinə Stansiyadan Ümumdünya Səhiyyə Təşkilatına hər hansı nümunə göndərilməyib. Həmin təşkilat da hansı nümunələrə əsaslanaraq bu məlumatı yayıb bizə məlum deyil”, – Səhiyyə Nazirliyindən bildirilib.