Zaqatala şəhər sakini, 8 yaşlı Eşqin Əhmədovun meyitini yaxınları şəhərin Azərbaycan prospektindəki fərdi yaşayış evlərinin birinin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkarlayıb.
Medpress.az report-a istinadla bildirir ki, 8 yaşlı Eşqin Əhmədovun özünü öldürməsinin səbəbi hələ ki məlum deyil.
İlkin məlumata görə, onun intihar etdiyi ev bibisigilə məxsusdur. Qonşuluqda yaşayan Eşqin Əhmədov axşam saatlarında bibisigilə gedib. Bu gün həm də onun bacısının doğum günüdür.