İndi internetdə kütləvi informasiya vasitələrinin çoxu fəal şəkildə iddia edir ki, martın 18-də bizim planetdə dünyanın sonu gözlənilir.
Medpress.az xarici mətbuata istinadla bildirir ki, insanları vaxtaşırı bu cür bəyanatlarla qorxudurlar. Ancaq indi entuziastlər bir belə nəzəriyyələrin böyük hissəsini birləşdirmək qərarına gəliblər.
Dünyanın sonu haqda xəbəri sirli Nibiru planeti, gələcəkdən xəbər verən Nostradamus, ufoloq Devid Monteyn, numeroloqlar və digərləri də hallandırır.
Yeni nəzəriyyədə deyilir ki, bu il bəşəriyyətə “12 qəsd” gözlənilir – Nibiru planeti ilə bağlı olan fəlakətlər.
O, bəşəriyyəti məğlub etməyə martın 18-dən başlaycaq və iyunun 6-na qədər davam edəcək. 12-ci qəsd guya ən böyüyü və ciddisi olacaq, məhz o da planetimizi məhv edəcək.