Bu ölkədə hər 20 nəfərdən biri vegetariandır

SKDS ictimai rəyin tədqiqatı üzrə agentliyin apardığı sorğuya görə, Latviya sakinlərinin 5 faizi özünü vegeterian hesab edir.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, respondetnlərdən vegeterian olub-olmadıqları soruşulub. 93 faiz “mən vegeterianam” fikri ilə razılaşmayıb.  5 faiz vegeterian olduğunu təsdiqləyib, 2 faiz bu suala dəqiq cavab verə biləməyib.

 

Nəticə bu il ötən ildəkindən 2 faiz yuxarı olub. Latviyada daha çox vegeterian 2000-ci ildə müəyyənləşdirilib – ölkənin hər 10 sakinindən biri o vaxt vegeterian olub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir