Üzümü bir çox adam tumsuz yeməyə üstünlük verir. Ancaq tumu ilə birlikdə istehlak edilən üzüm bədəni bir çox xəstəlikdən qorumağa yardımçı olur. Həmçinin üzüm çəyirdəyinin sağlamlığa inanılmaz faydaları var.
Medpress.az xarici mediaya istinadla üzüm çəyirdəyinin faydalarını təqdim edir:
Saç tökülməsinin qarşısını alır
Üzüm çəyirdəyi saçı gücləndirir və tökülməsinin qarşısını alır. Həmçinin qan dövranını sürətləndirir və qan damarlarını gücləndirir. Bu da saç tökülməsinin qarşısının alınmasına yardımçı olur.
Bu xəstəliklərdən qoruyur
Mükəmməl antioksidant xüsusiyyəti sayəsində üzüm çəyirdəyi dəri, prostat və döş xərçəngi kimi fərqli xərçəng növlərinin qarşısının alınmasında təbii köməkçidir.
Dərini gəncləşdirir
Üzüm çəyirdəyi yemək daha gənc və sağlam dəriyə sahib olmağa kömək edir. Tərkibindəki kollagen və resveratrol qocalmağa qarşı mübarizədə və mimika xətlərinin azaldılmasında çox mühüm rola malikdir. Bu üzdən çatlar və akne görünüşünü azaltmaq, dərinin elastikliyini artırmaq üçün istehsal edilən bir çox kremdə bu maddələr istifadə olunur. Üzüm çəyirdəyi kollagen istehsalını artırır, dərinin daha çevik olmasını təmin edir, saçı nəmləndirir və möhkəmlədir.
Qan dövranını sürətləndirir
Üzüm çəyirdəyi qan dövranını sürətləndirir. Bu da laxtalanmanın qarşısını alır və təzyiqi tarazlaşdırır. Üzüm çəyirdəyinin içindəki flavonoidlər qan damarlarının güclənməsini təmin edir. O cümlədən bədənin çox dərmanlardan və digər zərərli maddələrdən təmizlənməsini təmin edir. Ürək problemi olan insanlar üçün üzüm çəyirdəyi çox faydalıdır.
İltihabı azaldır
Üzüm çəyirdəyinin iltihablanmağı və infeksiya müalicəetmə xüsusiyyəti də sübut olunub. Daşlaşma, ekzema, dəri problemləri, sinusit, kolit, qastrit, sidik yolu infeksiyası kimi xəstəliklərin müalicəsində və hətta bağırsaqları təmizləməkdə köməyi dəyir.
Gözləri sağlamlaşdırır
Tərkibindəki zəngin E vitamini sayəsində daha kəskin görməyi təmin etməyə yardımçı olur. Bu da kompüter və televizor qarşısında çox dayanma və ya çox kitab oxuma nəticəsində ortaya çıxan göz yorğunluğunun qarşısını alır.