Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 803 yoluxma faktı qeydə alınıb, 2918 nəfər müalicə olunaraq sağalıb.
Medpress.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 220 min 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 194 min 843 nəfər müalicə olunaraq sağalıb, 2733 nəfər vəfat edib. Hazırda 22 min 689 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6200, bu günə qədər isə ümumilikdə, 2 milyon 210 min 426 test aparılıb.