Bir çox xəstəliyin səbəbi olaraq göstərilən qidalanma yanlışlıqları kişilərdə sonsuzluğa səbəb olur.
Medpress.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yağdan zəngin və yanlış qidalanmaq kişilərdə uşaq sahibi olmaq şansını ciddi nisbətdə aşağı salır. Güclü bir antioksidant olan pomidor və nar isə sperma hərəkətlərini artıraraq sonsuzluqla mübarizə aparır.
“Təkcə qadının deyil, uşaq sahibi olmaq üçün kişinin də qidalanmasına diqqət göstərməsi lazımdır” deyən mütəxəssislər uşaq sahibi olmaq istəyən cütlüklərə bu təklifləri verirlər:
“Uşaq sahibi olmağa qərar verən cütlüklərdə hamiləlik öncəsi hazırlıq prosesini ən sıx yaşayan tərəf qadındır. Sürətli və sağlam hamiləlik üçün, adətən qadınlar qidalanmasından yuxu rejiminə qədər gündəlik həyatını qaydaya salır. Kişilər isə əsasən qidalanma vərdişlərini davam etdirməyə davam edirlər. Ancaq çox gözləmədən uşaq sahibi olmaq üçün kişilərin də ən az qadınlar qədər qidalanmasına və yuxu rejiminə diqqət etməsi böyük əhəmiyyət daşıyır.
Araşdırmalar, nizamsız qidalanan kişilərdə sonsuzluq riskinin çox olduğunu göstərib. Çox yağlı qidalanmaq, kişilərdə ağ yağ toxumasını çoxaldaraq nəticəsizlik riskini artırır”.
Çox yağlı qidalanmaya bağlı kişilərdə abdominal (qarın ətrafı) piylənmənin çox olması, peptid hormonun çox ifraz edilməsinə və bu hormonun yüksəkliyi də testosteron, FSH və LH kimi çoxalma hormonlarının nəzərə çarpacaq dərəcədə azalmasına səbəb olur. Bu vəziyyətin da sonsuzluğa yol açdığı aparılan son araşdırmalarda müəyyən edilib.
Ağ yağ toxuması əsasən orqanizmin daxili orqanlarının ətrafında toplanır və yeməklərlə çox miqdarda yağ alınması ilə bu toxuma artır. Bu vəziyyət sperma hərəkətlərini zəiflədərək sonsuzluğa aparıb çıxarır. Bu səbəblə qadınlar kimi kişilər də hamiləlik öncəsi sağlam qidalanma məsələsinə diqqət göstərməlidirlər, həddindən artıq yağlı yemək yeməkdən çəkinməlidirlər.
Sonsuzluğa qarşı nar suyu, pomidor
Sperma hərəkətini sürətləndirən qidaları qəbul etmək sonsuzluq riskini azaldır. Bu qidalardan bəziləri nar və pomidordur. Çox güclü bir antioksidant tərkibli pomidorda olan likopen piqmenti, uşaq sahibi olma şansını da artırır.
12 həftə ərzində gündə 30 milliqram likopen tərkibi olan pomidor suyu (təxminən 320 qram pomidor suyu) içən kişilərin sperma sayının artdığı, seminal nüvədə ağ qan hüceyrələrinin nisbətinin düşdüyü, beləliklə sperma hərəkət ləngliyinə bağlı kişi nəticəsizliyini digər antioksidantlara nisbətən daha çox düzəltdiyi son aparılan araşdırmada məlum olub
Pomidoru bişirərək yeyin
Likopenden yüksək meyvə və tərəvəzlər arasında birinci yeri pomidor, qarpız, çəhrayı qreypfrut, çəhrayı guava itburnu alır. Pomidorun bişirilməsi tərkibindəki likopen nisbətini artırır.
Likopen suda həll oluna bilmədiyi və bitki liflərə bağlı olduğu üçün pomidorun yemək üçün hazırlanması (parçalanması, yağ ilə qarışdırılması, bişirilməsi) likopenin orqanizm tərəfindən istifadə edilməsini artırır. Likopen yağda ayrıldığı üçün yağ onun həzm sistemi tərəfindən udulmasını böyük dərəcədə artırır.
Sperma sayını artırır
Bunlardan başqa, nar və nar suyu yüksək miqdarda antioksidant ehtiva etməsi səbəbi ilə sperma sayı və sperma fəallığını artırır. Bundan başqa, inək və dana qaraciyəri sərf etməklə gündəlik A vitamini, B12 vitamini, fol turşusu, selen və sink ehtiyacı qarşılanır, beləliklə sperma keyfiyyəti və fəallığı artır. Sperma sayını və fəallığını artıran digər bəzi qida maddələri portağal, qreypfrut, paxlalılar, balıq (alabalıq və s.) qabıqlı dəniz məhsulları, qoz, fındıq, badam, fındıq, ananas, yumurta kimi sayıla bilər.