Dünyadakı demək olar hər on vaxtsız ölümdən biri az fiziki fəallıq və hər şeydən öncə oturaq həyat tərzi ilə bağlıdır.
Medpress.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, bu, həkimlərin araşdırması nəticəsində məlum olub.
– Britaniyalıların çoxu təxminən bütün sərbəst vaxtlarını oturaraq, yaxud yataraq keçirir. Bundan əlavə, insanların çoxu demək olar bütün gününü işdəki ofisində oturaraq keçirmək məcburiyyətindədir. Ona görə oturaq həyat tərzi ilə mübarizə ölkənin ictimai səhiyyəsinin əsas fəaliyyəti ila bilər, – Britaniyanın Belfast universitetindən olan Leoniya Eron açıqlayıb.
Həkimlərin və sosioloqların araşdırmasına əsasən, oturaq, yaxud azhərəkətli həyat tərzi keçirən insanlar üzərində son 3-4 ildə yalnız səthi müşahidə göstərib ki, bu qrupa aid olanlarda kökəlmə, xolesterinin səviyyəsinin yüksəlməsi, diabet, ürək-damar xəstəliyi digərləri ilə müqayisədə dəfələrlə çoxdur. Bu xəstəliklərin sonuncusu isə ilk növbədə vaxtsız ölümə səbəb olur.
Leoniya Eron öz araşdırmasında təkcə Böyük Britaniyadakı yox, həm də digər inkişaf etmiş ölkələrdəki məlumatlardan istifadə edib. Onun sözlərinə görə, daha çox problemli vəziyyət iqtisadi cəhətdən vəziyyətin yaxşı olduğu dövlətlərdədir.
Ümumdünya Səhiyyə Təşkilatının və Britaniyanın Milli səhiyyə xidmətinin materiallarına görə Eron və onun həmkarları azhərəkətli həyat tərzi keçirən insanların sayını hesablamaqla yanaşı, hipodinamiya ilə bağlı olan müxtəlif xəstəliklərdən ölənlərin faizini ortaya çıxarıblar.
Böyük Britaniyadakı statistika bütün dünyadakından daha pis olub. Təxminən hər üç britaniyalıdan biri hərəkət fəallığınının çatışmazlığından və gündə 6 saata yaxın kompüter arxasında oturaraq, yaxud uzanaraq keçirməkdən əziyyət çəkir.
Bunun hamısı yuxarıda sadalanan xəstəliklərin inkişafına gətirib çıxarır ki, bu səbəbdən də ildə Birləşmiş Krallığın təxminən 70 min sakini ölür.