Qozu suda bir gecə saxlayıb için: O xəstəliyin dərmanıdır

Həm yemək arası pay olaraq, həm də şirniyyatlarda, salatlarda və çərəzlərdə ləzzətli və faydalı bir alternativ olaraq istifadə etdiyimiz qozun suyu özündən də faydalı çıxdı. Bir stəkan suyun içinə bir qoz qoyub bir gecə saxlayaraq əldə etdiyiniz qoz suyunu nizamlı istifadə etsəniz baxın, orqanizminizdə nələrə fayda verəcək.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, kilo verməkdən, xolesterin tarazlaşdırmağa qədər qoz suyunun möcüzəvi faydaları bunlardır. Bir stəkan suyun içinə bir qoz qoyub bir gecə saxlayaraq qoz suyu əldə etməyiniz mümkündür.

 

Həzm sistemi üçün böyük bir dayaqdır. Qəbizliyin qarşısını alır. Qaz problemləri və şişkinlik kimi narahatlıqların da qarşısını alır.

 

Hamiləlik dövrü narahat  olan və ağrılı keçən qadınların, bu dövrü daha rahat keçirməsini təmin edir.

 

Uşaq əmizdirən qadınlar, ya da hamilələr üçün də qoz suyu təklif edilir. Hamiləlik dövründə çox kilo qəbuluna maneədir. Əlavə olaraq, uşaq əmizdirən analarda qoz suyundakı vitaminlər süd vasitəsilə körpəyə də keçir. Bu dövrdə körpə üçün lazım olan vitaminlər təbii yolla alınmış olur.

 

Tərkibindəki vitaminlər ilə beyindəki funksiyaları gücləndirir. Beləliklə, gələcəkdə Alzheimer kimi beyin xəstəliklərinə yaxalanma riskini aşağı salır.

 

Qoz suyu kilo verməyə köməkçidir. Tərkibindəki zülal ilə orqanizmin yağ yandırılmasını sürətləndirir və beləliklə, xüsusən arzuolunmaz bölgələrdəki yağ yığılmasına təsir edir. Metabolizmi da sürətləndirdiyi üçün, kilo verməyə çalışanların hər gün ac qarnına bir stəkan qoz suyu içməsi təklif edilir. Bəzi pəhriz proqramlarında, ara qidalanma zamanı sərf ediləcək bir içəcəkdir.

 

Əgər aşağı və yüksək qalxanabənzər probleminiz varsa rahatlıqla qoz suyu içə bilərsiniz.

 

Üz dərisinin yumşalmasını, sıxlaşmasını və daha sağlam bir görkəm almasını təmin edir. Sızanaq, ya da digər dəri problemlərinin müalicəsində də istifadə edilir.

 

Dırnaqların və saçların möhkəmlənməsi üçün baxım məhsulu kimi də istifadə edilir.

 

Qoz suyu, yuxu problemi olanlar üçün də mühüm bir içəcəkdir. Sakitləşdirici təsiri ilə yatmazdan əvvəl içilən qoz suyu, daha keyfiyyətli bir yuxuya getməyinizə kömək edir.

 

Yorğunluq, gərginlik, halsızlıq kimi problemləri azaldır. Həyat səviyyənizi yüksəldir.

 

Xolesterini tarazlaşdırır. Bu xüsusiyyəti ilə ürək və damar xəstəlikləri üçün əhəmiyyətli bir köməkçidir. Tərkibindəki fol turşusu, Omega-3 və maqnezium kimi vitaminlərlə ürək böhranı keçirmə riskini də azaldır.

 

Qan şəkərin səviyyəsini tarazlaşdırır və qan axınını sürətləndirir. Beləliklə, özünüzü daha fəal və gümrah hiss edirsiniz.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir