Bir çoxumuz balın soyuqdəymə ilə mübarizə aparmaq və dərimizi nəmləndirmək üçün istifadə ediləcəyini düşünürük. Balı yeməklərlə birləşdirmək də ləzzətli və sağlamlıqdır. Bəs, balı gecə yatmazdan əvvəl bir qaşıq yeyəndə səhhətinizdə baş verəcək dəyişiklikləri bilirdinizmi?
Medpress.az xarici mediaya istinadən yatmazdan öncə bir qaşıq bal yeməyin faydalarını təqdim edir.
Yaxşı bir gecə yuxusuna yardımçı olur
Bəzən gecənin ortasında oyanırıq. Bunun səbəbi, yuxuladığımız zaman beynimizin qlikogen adlanan bir maddəyə ehtiyac duyması və böyrəklərdə olan adrenal vəziləri, sizin yuxulamağınıza gə icazə verməyəcək şəkildə adrenalin və kortizolün çıxmasına səbəb olmasıdır. Bal isə qlikogendən ibarətdir, buna görə yuxudan əvvəl istifadə etmək, adrenalin axını almağınıza və yaxşı bir gecə yuxusu keçirməyinizə yardımçı olur.
Təzyiqi aşağı salmağa yardımçı olur
Yüksək təzyiq, ürək xəstəliyi riskini artıran mühüm amil olduğundan, orta və stabil qalması ürək ağırlarının qarşısını almaq üçün yaxşı bir tədbirdir. Bala təzyiqi aşağı saldığı göstərilən antioksidant maddələr daxildir, bu da gecələr bir qaşıq dolusu balın yüksək təzyiqi dayandırmağın bir yolu olduğunu göstərir.
Qandakı yağı azaldır
Trigliseritler qanda olan bir yağ növüdür. Yüksək səviyyədə trigliseritler ürək xəstəliyi və diyabeti inkişaf etdirmək riski mənasına gəlir. Bal bədəninizdəki triqliserid səviyyəsini azaltmağa köməkçi olur. Bal lazımsız yağlardan qanınızı təmizləməyə kömək edir.
İmmuniteti yüksəldir
Bal immunitet sisteminizi gücləndirməyə yardımçı olan antioksidantlar və antibakteriyel maddələr baxımından zəngindir. İmmuniteti yüksəltmək üçün hər gecə bir qaşıq bal yeyə bilərsiniz.
Yağ yandırmağa köməkçi olur
Bal istifadə etdikdə orqanizminiz üzərində termojenik bir təsir yaradaraq metabolizmini sürətləndirməyə köməkçi olar. Bu vəziyyət, bədən istiliyinizi bir az artıran, daha çox səy göstərmədən yağ yandırmağa köməkçi olan qan dövranını artırdığı mənasına gəlir.
Öskürəyi və boğaz gəlməsini aradan qaldırır
Bal, təbii bir antienflamatuardır. Beləliklə, hər gecə ilıq su ilə qarışdırılmış bir xörək qaşığı bal yeyərək boğazınızdakı problemləri ən az həddə endirə və öskürəyin qarşısını ala biulərsiniz.
Psixoloji xəstəliklərdən qoruyur
Bal, beyin hüceyrə oksidatif stressinin qarşısını alaraq depressiya ilə mübarizəyə yardımçı olan bir üzvi kimyəvi olan polifenoldan ibarətdir. Psixoloji sağlamlığınızı qorumaq istəyirsinizsə, hər gecə bal istifadə etməyiniz sizə yardımçı olacaq.