Bu ölkənin əhalisi rekord həddə çatdı

Almaniyanın əhalisinin sayı ötən il rekord həddə – 83 milyon nəfərə çatıb. Beləliklə, miqrasiyanın müsbət nəticəsində ölkədə xroniki doğuş çatışmazlığı kompensasiya edilir.

 

Medpress.az xarici mediaya istinadən bildirir ki, ölkənin Statistika bürosunun məlumatına görə, 9 ildir dalbadal iqtisadi inkişafın olduğu Avropa İttifaqının əhalinin əm sıx yaşadığı bu ölkəyə 2018-ci ildə təmiz miqrasiya edənlərin sayı 380 min nəfərə çatıb. Almaniyada doğuş çatışmazlığı isə 150 mindən 180 minədək qiymətləndirilir.

 

Əhalinin artmasına baxmayaraq, ölkədə demoqrafik qocalma müşahidə ounur.

 

Statistika bürosu 2030-cu ildə əhalinin 79 milyona qədər azalacağını gözləyir. O zaman yaşı 65 və daha yuxarı olan əhali 28 faiz təşkil edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir