Xəstənin ömrünü uzadan həkim məhkəməyə verildi

Nyu-Yorkda Altsheymer xəstəliyindən vəfat edən Cerald Qrinberqin ailəsi onun həkimini müalicəsi ilə kişinin ömrünü bir ay uzatdığına görə məhkəməyə verib. Doğmalarının fikrincə, həkim yalnız əzablara məhkum edilmiş xəstənin ömrünü uzadıb.

 

Medpress.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Qrinberqə Altsheymer  diaqnozu 2010-cu ildə qoyulub. Bir müddət sonra o, vəsiyyətnamə yazıb və vəziyyətinin pisləşməsi halında mövcudluğunun uzadılması üçün onu müalicə etməməyi xahiş edib. O, venadaxili mayelər vurulmamasını və antibiotiklərin verilməməsini də istəyib.

 

2016-cı ildə amerikalının vəziyyəti birdən pisləşib. Onun xəstəliyi şiddətlənib, doğmalarını tanımamağa başlayıb. 2016-cı ilin payızında Qrinberq xəstəxanaya düşüb və müyyən edilib ki, onun fiziki və zehni qabiliyyətini bərpa etmək mümkün deyil. Xəstəyə həkim Dieqo Eskobar  nəzarət edib.

 

Xəstənin arvadı və uşaqları qərara gəliblər ki, ailə başçısına onun iradəsinə əsasən həyatdan getmək imkanı vermək lazımdır. Onlar kişinin vəsiyyətini həkimə veriblər. Ancaq həkim Eskobar xəstəyə antibiotiklər yeritmək və analizlər keçirilməsi haqqında göstəriş verib. Qrinberq xəstəxanaya düşəndə müayinənin nəticəsi əsasında onun ömrünün axırına 4 gün qaldığı məlum olub. Ancaq proqnoza rəğmən xəstə bir ay yaşayıb.

 

İndi ölənin arvadı, Eleyn Qrinberq həkim Eksobarı xəstə ərinin həyatını onun iradəsinin əksinə olaraq xilas etmək üçün tədbirlər görməkdə günahlandırır. Ölənin yaxınları hesab edirlər ki, həkim bunu insansevərliyinə görə yox, əksinə qohumlarına tibbi xidmət əvəzində sanballı hesab ödətdirmək üçün edib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir