ÜST ən çox öldürən xəstəliyi açıqladı – TOP 10

Ürək xəstəlikləri dünyada əsas ölüm səbəbi olaraq qalır. Üstəlik getdikcə ölən insanların sayı artır. 2019-cu ildə ürək-damar xəstəliklərindən ölənlərin sayı 2000-ci ilə nisbətən 2 milyon çox olub. Medpress.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmasında deyilir.

 

ÜST-ün məlumatına görə, ürək-damar xəstəlikləri dünyadakı bütün ölümlərin 16 faizinin səbəbidir. Bununla belə, Avropa bölgəsində son 20 ildə ürək xəstəliklərindən ölənlərin sayı 15 faiz azalıb.

 

Planetdəki əsas “qatillər”in ilk onluğuna yeddi qeyri-yoluxucu xəstəlik daxildir. Xüsusilə bu siyahıya ilk dəfə olaraq Altsheymer xəstəliyi və diabet də salınıb. Sonuncunun səbəbi olduğu ölüm halları 20 il ərzində 70 faiz artıb.

 

 

Dünyada 10 əsas ölüm səbəbi

 

  • İşemik ürək xəstəliyi

 

  • İnsult

 

  • Ağciyərlərin xroniki obstruktiv xəstəliyi

 

  • Aşağı tənəffüs yolu infeksiyaları

 

  • Neonatal xəstəliklər və pozuntular

 

  • Ağciyər, traxeya, bronx xərçəngi

 

  • Altshaymer xəstəliyi, digər demensiya növləri

 

  • İshal

 

  • Diabet

 

  • Böyrək xəstəlikləri

 

“Yeni məlumatlar – qeyri-yoluxucu xəstəliklərin qarşısının alınması, diaqnostikası və müalicəsinə diqqət yetirməli olduğumuz barədə daha bir xatırlatmadır”, – deyə, ÜST-ün rəhbəri Tedros Gebreyesus bildirir.

 

Yoluxucu xəstəliklər arasında birinci yeri aşağı tənəffüs yollarının infeksiyaları, ilk növbədə isə pnevmoniya tutur. Doğrudur, ÜST-də qeyd edildiyi kimi, bu xəstəliklərlə bağlı ölüm hallarının sayı azalıb.

 

Ölüm səbəblərinin ilk onluğuna artıq HİV/AİDS daxil deyil, qlobal səviyyədə bu sindrom indi 19 yerdədir. Lakin Afrikada – dördüncü sıradadır.

 

20 il ərzində ömür uzunluğu altı il artıb. ÜST-ə görə insanlar indi orta hesabla 73 il yaşayır. Əlbəttə ki, müxtəlif bölgələrdə ömür uzunluğu göstəriciləri bir-birindən fərqlənir.

 

Eyni zamanda, bütün dünyada əlil, xüsusən də həmin xəstəliklərlə – işemik ürək xəstəliyi, insult, diabet, ağciyər xərçəngi və xroniki obstruktiv ağciyər xəstəliyi ilə əlaqəli olanların sayı artır.

 

ÜST qeyd edir ki, müxtəlif xəstəliklərlə yanaşı qəzalar da çox vaxt ölüm və əlilliyə səbəb olur. Məsələn, yol-nəqliyyat hadisələrinin sayı artıb. Üstəlik yol qəzalarında xəsarət alanların 75 faizi kişilərdir.

 

ÜST, son 20 ildə Amerikada narkotiklərlə əlaqəli ölümlərin üç dəfə artdığını da bildirir (AZƏRTAC).

 

(Visited 174 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir