Ölkədə peyvənd həftəsi başlayır

Respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək. Bu haqda aprelin 16-da səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, əmrə əsasən, 23-29 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” nin təşkili Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb.

Hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, Dünya Səyiyyə Təşkilatının (DST) dəstəyi ilə “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə respublikanın rayonlarında monitorinqin keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsinin təminatı sənəddə öz əksini tapıb.

(Visited 27 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir