Ana və uşaq sağlamlığının qorunması üçün yeni sistem yaradılır

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Uşaqların sağlamlığı sahəsində inkişafın ölçülməsi” mövzusunda seminar keçirilib.

 

Medpress.az xəbər verir ki, “Report”un məlumatına görə, İSİM-in direktoru Qəhrəman Haqverdiyev ölkədə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunduğunu xatırladıb, bu istiqamətdə mühüm tədbirlər görüldüyünü bildirib.

 

O, monitorinqin və onun əsasında təhlillərin aparılmasının əhəmiyyətini vurğulayaraq ana və uşaqların sağlamlığının qorunması sahəsində monitorinq sisteminin yaradılmasının Dövlət Proqramında, Səhiyyə Nazirliyinin Tədbirlər Planında yer alan əsas məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

 

Southempton Universitetinin demoqrafiya üzrə elmlər namizədi Endrü Çannon (Andrew Channon) seminar iştirakçılarını səhiyyə sistemləri üzrə monitorinq və qiymətləndirmə işinin aparılmasına dair təlimatlarla tanış edib.

 

Qeyd edək ki, Southempton Universitetinin sosial statistika və demoqrafiya fakültəsində çalışan, müxtəlif ölkələrdə UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı ilə iş təcrübəsinə malik Endrü Çannon tərəfindən keçirilən təlimlərin əsas məqsədi səhiyyə sistemləri üzrə monitorinq və qiymətləndirmə çərçivəsini daha geniş kontekstdə izah etməkdir.

 

(Visited 62 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir