İldən-ilə elə gəlir ki, zaman daha tez gedir. ABŞ-ın Dyuka Universitetindən olan mütəxəssislər bu hissin haradan qaynaqlandığını deyiblər.
Medpress.az xarici mediaya istinadən bildirir ki, yeni araşdırmaya əsasən, cavan vaxtlarda bizim beynimiz daha az müddətdə çox informasiya emal etməyə qadirdir. Kaleydoskop təəssüratlar elə hiss doğurur ki, hər gün fövqəladə uzundur.
Yaşlandıqca beyin dəyişir. Sinir strukturları daha mürəkkəbləşir, dağılır və elektrik siqnallarına əngəl törətməyə başlayır. Uşaqlardan fəqrli olaraq yaşlı insanların gözləri daha az təsvir təhlil edir. Bütün şəkillər və məlumatlar daha yavaş işlənməyə başlayır. Günün daha qısa olduğu hissi ortaya çıxır.
“İnsanlar tez-tez ona təəccüblənirlər ki, onların uşaqlığından daha çox hadisələr yadda qalıb. Onlara elə gəlir ki, gəncliyi sonsuz idi. Bu o demək deyil ki, uşaqlıqdakı hadisələr daha vacib və maraqlı olublar. Beyin. sadəcə bütün təəssüratları sürətli bir rejimdə işləmişdir”, – professor Edrian Bedjen söyləyib.